Soltan Hüseynoğlu

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji Universiteti.

https://orcid.org/0000-0003-4182-6653

Şagirdlərdə mütaliə mədəniyyətinin yaradılması və inkişaf etdirilməsi ədəbiyyat təliminin mühüm vəzifələrindən sayılır. Şagirdin bədii əsərin düşünən oxucusu kimi formalaşması isə uzun vaxt, böyük zəhmət tələb edir. Bu istiqamətdə uğur qazanılması məqsədi, ilk növbədə şagirdlərdə fəallığın və müstəqilliyin inkişaf etdirilməsini ön plana çəkir. Başqa sözlə, bədii mətnin oxusu, təhlili üzrə zəruri bacarıqların mənimsənilməsi təfəkkür fəallığı, yüksək müstəqil düşüncə səviyyəsi tələb edir. Bədii mətnə müstəqil münasibətin formalaşması isə “oxucu obrazının” yaranmasına, əsərin “ikinci müəllifinə” çevrilməyə əlverişli imkan yaradır. Bu həmçinin şagirdlərin intellektual və mənəvi-estetik inkişafı üçün zəmin olur. Ədəbiyyat dərslərində şagirdlərin interpre- tasiya (yozum) fəaliyyətinin təşkil edilməsinin vacib olması da məhz buradan qaynaqlanır. Məqalədə yozum anlayışının mahiyyəti, növləri, priyomları, tətbiqi yolları barədə danışılıb, nümunələr üzərində dayanılıb.