Soltan Hüseynoğlu
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji Universiteti.
UOT 372.8:82
Məktəb ədəbiyyat kursunun əhatə etdiyi məsələlər çox olmaqla yanaşı, məzmunca da mürəkkəbdir. Bu isə həmin kursla bağlı ardıcıl olaraq araşdırmaların aparılmasını zərurətə çevirir. Məsələnin başqa tərəfi də var: müasir təlimi yanaşmaların, yeni təhsil proqramının tətbiqi də kursun – ədəbiyyat fənninin ümumi və mühüm istiqamətlərinin, onun əhatə etdiyi problemlərin bu günün tələbləri baxımından araşdırılmasını diqqət mərkəzinə çəkir. Bu baxımdan ümumtəhsil məktəblərində tərcümeyi-hal materiallarının öyrədilməsi yollarının tədqiqata cəlb edilməsi aktual sayılır. Həm də ona görə ki, bu həm təlimi, həm də tərbiyəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Məqalədə ədəbiyyat fənninin öyrədilməsinin müxtəlif mərhələlərində bioqrafik məlumatların mənimsədilməsi yolları şərh edilmiş, ədəbiyyat dərsliklərində, məktəb təcrübəsindəki vəziyyət təhlilə cəlb olunmuşdur.