Soltan Hüseynoğlu
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi metodikası kafedrası
Bakı, Azərbaycan
Məktəb jurnalı, 2024, 4
https://orcid.org/0000-0003-4182-6653
Azərbaycanda ədəbiyyat fənn kurikulumunun tətbiqinə başlanmasından xeyli vaxt keçib. Məktəb bu illər ərzində xeyli təcrübə qazanıb, pedaqoji elmlərdə yeniliklər meydana gəlib. Bu baxımdan mövcud proqramla bağlı təkmilləşmə, xüsusən yenilənmə istiqamətində işlərin reallaşdırılmasına ehtiyac var. Bunu da nəzərə almaq lazımdır ki, xarici təcrübənin öyrənilməsi ölkəmizdə hazırlanmış kurikulum sənədinin məzmunu, quruluşu barədə əsaslandırılmış fikir demək, onun təkmilləşdirilməsi üçün səmərəli təkliflər vermək baxımından əhəmiyyətlidir. Məqalədə bir sıra xarici ölkələrdə hazırlanan kurikulum sənədi təhlil edilib, onlardan necə yararlanmağın yolları üzərində dayanılıb. Xarici təcrübənin və məktəblərimizdəki vəziyyətin öyrənilməsi ədəbiyyat fənn kurikulumunun təkmilləşdirilməsi istiqamətində tövsiyələrin verilməsinə imkan yaradıb.