Annotasiya

Təlim müxtəlif elementlərin qarşılıqlı əlaqəyə girərək yaratdığı mürəkkəb sistemdir. Təlim metodu isə həmim sistemə uyğun olaraq reallaşan təlim prosesinin ən mühüm anlayışlarından biridir. Təlimin məzmununda baş verən dəyişikliklər təlim metodlarında yenilənmənin aparılmasını zəruri edir. Eləcə də sosial dəyişikliklər, elm və texnikada baş verən ciddi yeniliklər uzun illər ərzində tətbiq edilən ənənəvi metodlara fərqli baxışın yaranmasına səbəb olmuşdur. Problemlə bağlı sovet pedaqoji elmində aparılan tədqiqatların nəticələri 1970-ci illərdə müzakirəyə təqdim edilmişdir. İstər ümumpedaqoji, istərsə də xüsusi metodikaların işləyib hazırladığı təsnifatlar, təlim metodlarının sistemi böyük diskussiyaya səbəb olmuşdur.

           1990-cı illərin sonlarından başlayaraq ölkəmizdə diqqət yetirilən fəal təlim metodları, onların təsnifatı məsələləri də birmənalı qarşılanmamışdır. Məqalədə diqqət məsələnin bu cəhətinə cəlb edilmiş, ədəbiyyat təlimi metodlarının təsnifatı üzərində daha çox dayanılmışdır. Təlim metodları qruplaşdırılarkən ədəbiyyat fənninin özəlliyi nəzərə alınmış, təlimin başlıca mərhələləri ön plana çəkilmişdir.